Interposta.Info

Azərbaycan nefti kəskin ucuzlaşdı - Yeni qiymət

İqtisadiyyat / Manşet
 Bu gün, 10:08     8

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Goldmedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,62 ABŞ dolları və ya 3,47% azalaraq 100,78 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,59 ABŞ dolları və ya 3,52 % azalaraq 98,39 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 98,79 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26