Interposta.Info

Putin Pekində Ərdoğana dəstək verdi

Dünya
 15-05-2017, 16:01     626

Hazırda Suriyada əsas məqsəd atəşkəs rejiminin gücləndirilməsidir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin söyləyib.

O, Rusiyanın Suriyadakı kürd qruplaşmalarıyla iş əlaqələri qurmaq haqqına sahib olduğunu bildirib.

Putin Suriya kürdlərinə silah verilməsinə ehtiyac olmadığını söyləyib.

Qeyd edək ki, ABŞ-ın YPG-yə silah verməsi Türkiyədə narazılıq yaradıb. Türkiyə lideri Ərdoğan İŞİD-ə qarşı mübarizədə başqa bir terror təşkilatından istifadə edilməsinin yolverilməz olduğunu deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26