Laçının üç kəndindən nümunəvi addım: Vağazin, Bozgüney və Kalafalıqda təqdirəlayiq təşəbbüs (VİDEO)
Laçında nümunəvi təşəbbüs: Üç kənddən təqdirəlayiq addımlar
Laçın rayonunun Vağazin inzibati ərazisinə daxil olan Vağazin, Bozgüney və Kalafalıq kəndlərinin sakinləri ictimaiyyət üçün örnək təşkil edən mühüm qərarlar qəbul ediblər.
Goldmedia.az xəbər verir ki, kənd sakinlərinin ortaq rəsmi qərarı ilə yas mərasimlərində isti yeməklərin verilməsi tamamilə dayandırılıb. İsrafçılığın qarşısını almaq və ailələrin maddi yükünü azaltmaq məqsədilə, mərasimlərin daha sadə keçirilməsi, yalnız halva, xurma və qoğal kimi təamlarla kifayətlənmək qərara alınıb. Son illər ölkə daxilində yas mərasimlərinin sadələşdirilməsi meyilləri ilə üst-üstə düşən bu addım cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bununla yanaşı, kənd sakinlərinin atdığı digər təqdirəlayiq addım işğaldan azad edilmiş doğma torpaqlardakı qəbiristanlıqların bərpası ilə bağlıdır. Sakinlər tərəfindən qəbirlərin ətrafı dəmir məhəccərlərlə yəni cağlarla hasarlanaraq mühafizə altına alınıb. Bu təşəbbüs yerli əhalinin öz əcdadlarının xatirəsinə, tarixi və milli-mənəvi irsinə bəslədiyi uca ehtiramın bariz nümunəsidir.
Goldmedia.az Qarabağdan hazırlanmış sujeti sizlərə təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


