Interposta.Info

İran XİN Britaniya səfirinin səhvən saxlanıldığını açıqladı

Dünya
 13-01-2020, 08:31     326

İranın xarici işlər nazirinin müavini Abbas Arakçı Böyük Britaniyanın bu ölkədəki səfiri Robert Makerin saxlanılmasına münasibət bildirib.

XİN rəsmisi səfirin qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanıldığını bildirib.

Qeyd edək ki, İranın səhvən vurduğu Ukrayna təyyarəsində ölən sərnişinləri anmaq məqsədilə Tehranda küçələrə axışan kütlənin toplanışı sonradan etiraz aksiyasına çevrilib. Narazı kütlə ölkədəki mövcud rejim əleyhinə şüarlar səsləndirərək Əmir Kəbir universitetinin önünə toplaşıblar. Aksiyaya dəstək olan İngiltərənin İrandakı səfiri Rob Makeyr buna görə həbs edilib. Dərhal məsələyə reaksiya verən İngiltərə Xarici İşlər Naziri Dominik Raab səfirin bu şəkildə həbs edilməsini beynəlxalq hüququn dəhşətli şəkildə pozulması kimi dəyərləndirib.

Rob Makeyr 1 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb. Məhkəmə prosesindən sonra sərbəst buraxılan səfir bir neçə gün sonra polisə çağırılaraq ifadəsi alınacaq./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26