Duma Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyini təsdiqləyib
Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.
APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində namizəd Georgi Zuyev olub.
Bu gün Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə üzrə iş Komitəsində Azərbaycana yeni səfirin namizədliyi məsələsinə baxılıb.
Komitə səfir postuna Georgi Zuyevin namizədliyini təsdiqləyib.
Komitənin iclasında Rusiya XİN başçısının müavini Qriqori Karasin də iştirak edib.
G. Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26