Interposta.Info

İngiltərənin baş naziri xəstəxanada yerdə yatızdırılan 4 yaşlı uşaqdan üzr istədi - VİDEO

Dünya
 10-12-2019, 17:28     338

İngiltərənin baş naziri Boris Conson sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən 4 yaşlı uşağın saatlarla yerdə yatmasına görə ondan üzr istəyib.

BAKU.WS xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, 4 yaşlı Cek Villiment sətəlcəm diaqnozu ilə Lidsdəki xəstəxanaya aparılıb. Ancaq xəstəxanada boş yataq olmadığı üçün uşaq 4 saat oksigen maskası ilə beton döşəmədə yatmalı olub.

Yayılan şəkillərdən məlum olur ki, uşağın anası Sara Villiment oğlunun altına və üstünə yorğan sərib. 5 saat ərzində döşəmə üzərində yatan uşaq daha sonra palataya yerləşdirilib.

Məsələnin ictimailəşməsindən sonra baş nazir Consondan olaya münasibət öyrənilib: "Bu dəhşətli bir fotoşəkildir və ailədən və Milli Səhiyyə Xidmətlərində (NHS) dəhşətli anlar keçirənlərdən üzr istəyirəm".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26