Interposta.Info

Ata iri piton ilanının hücum etdiyi oğlunu son anda xilas etdi -

Ölkə
 18-01-2019, 15:52     10 486

Avstraliyanın Kuislend əyalətində gecə saatlarında qəribə hadisə baş verib.

Ata 14 yaşlı oğlunun qışqırığına yuxudan oyanıb və otağına qaçıb. Məlum olub ki, 3 metrlik iri ilan oğlunun qoluna dolanıb. Uzun mübarizədən sonra ilanı təsirsizləşdirən ata oğlunu xəstəxanaya aparıb. Müalicə olunan 14 yaşlı yeniyetmənin vəziyyəti yaxşılaşıb.

Gecə 14 yaşlı uşağın qışqırığına oyanan Nevil və Emma Cekson cütlüyü piton ilanın övladlarına hücum etdiyini görüblər. Uşağın qoluna dolanan 3 metrlik piton ilan onun qolunu da dişləyib. Ata 10 dəqiqə ilana qarşı mübarizə apardıqdan sonra oğlunu xilas edib. Amma Nevil bu 10 dəqiqənin çox uzun müddət olduğunu hiss edib. Hazırda 14 yaşlı uşaq xəstəxanada müalicə olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26