Interposta.Info

Putindən əmisi oğlunu ayıdan xilas edən şəxslə bağlı - Qərar

Dünya
 30-10-2019, 20:56     10 330

Rusiya Prezidenti Vladimir Putin ötən il Kamçatkada ayı hücumundan əmisi oğlunu xilas etmək üçün özünü fəda edən 15 yaşlı Rodion Burakovu medalla təltif edib.

Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ayı hücumu nəticəsində dünyasını dəyişən Burakov çətin vəziyyətdə qalan insanları xilas edərkən göstərdiyi cəsarət və qətiyyətə görə medala layiq görülüb.

Qeyd edək ki, R.Burakov Kamçatkanın Milkovski bölgəsində 13 yaşlı əmisi oğlu ilə hava proqnozu stansiyasından qayıdarkın meşədən keçmək məcburiyyətində qalıb, nəticədə ayı ilə rastlaşıblar. Ayı öncə əmisi oğlu Borisə hücum edib, ancaq Burakov ayının diqqətini özünə cəlb edə bilib, Boris isə ayı hücumundan xilas olaraq yaxınlıqdakı kəndlərə qaçaraq kömək istəyib. Yardım gələnə qədər isə Burakov artıq ayının qurbanı olub./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26