Interposta.Info

Boris Conson koronavirusdan sağalıb

Dünya
 13-04-2020, 16:58     438

Böyük Britaniyanın Baş Naziri Boris Conson koronavirusdan sağalıb.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, B. Consonun sözçüsü bildirib ki, xəstəxanadan çıxmazdan əvvəl Baş Nazirdən COVID-19-la bağlı götürülmüş analizin nəticəsi mənfi olub.

B. Consonun sözçüsü onun nə zaman işinə qayıdacağının məlum olmadığını, hələlik Çequersdə Baş Nazirə məxsus evdə müalicəsini davam etdirdiyini vurğulayıb.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, virusun simptomları hələ də özünü göstərir və yüksək hərarəti var. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında isə Boris Conson reanimasiyadan palataya köçürülüb. Aprelin 12-də isə o, xəstəxanadan evə buraxılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26