Interposta.Info

Boris Consonun baş nazir olmasına maliyyə naziri də etiraz edib- “Conson nazir olsa, istefa verəcəm” - VİDEO

Dünya
 22-07-2019, 15:43     10 385

İngiltərənin hazırki maliyyə naziri Filip Hemond BBC-nin canlı yayımında Boris Consunun baş nazir olacağı təqdirdə istefa verəcəyini bildirib.

"İnterPosta.info" bu barədə BBC Türkcəyə istinadən məlumat verir.

Hemond Consonun Avropa Birliyi ilə bağlı mətbuatda yer alan fikirlərini dəstəkləmədiyini və İngiltərənin Avropa Birliyindən çıxması məsələsinə ortaq olmayacağını qeyd edib.

Hemond jurnalistlərin istefasını nə zaman təqdim edəcəyi ilə bağlı suallarına: “İstefamı çərşənbə günü Tereza Meyə təqdim etməyi düşünürəm”- deyə cavab verib.

Filip Hemondun istefasının hazırki baş nazirin istefasından da öncə gerçəkləşməsi gözlənilir.

Boris Conson göstərilən müddət başa çatsa da, çatmasa da, İngiltərənin artıq Avropa Birliyindən çıxmasının lazım olduğunu bildirmişdi.

Baş nazirlik yarışında Consonun əsas rəqiblərindən biri olan Ceremi Hant Breksit-in hələ də aktual olduğunu, lakin birlikdən çıxışa tələsməyin düzgün olmadığını bildirib.

Maliyyə naziri Hemond Consonun qalibiyyətinin daha çox real göründüyünü, bu səbəbdən də özünü bütün mümkün variantlara hazırladığını qeyd edib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26