Interposta.Info

Britaniyanın baş naziri evlənir: sevgilisi hamilədir

Dünya
 1-03-2020, 09:33     407

Böyük Britaniyanın baş naziri Boris Consonun sevgilisi Carrie Somonds hamilədir və onlar evlənməyə qərar veriblər.

Bu barədə “CNN” xəbər yayıb.

Bazar günü rəsmi Dauninq-strit (Britaniya baş nazirinin iqamətgahı bu küçədə yerləşir) bu xəbəri təsdiq edib. Baş nazirin ofisi isə bu məsələ ilə bağlı əlavə məlumat vermək istəməyib.

“CNN” bildirir ki, 55 yaşlı Boris Consonun ikinci evlilikdən 4 uşağı var. 31 yaşlı Carrie Somonds da siyasətçidir və Boris Consonun siyasətdə uğur qazanması üçün çox iş görüb.

“CNN” xatırladır ki, 2010-cu ildə Böyük Britaniyanın Baş nazir Devid Kemeronun olanda onun xanımı Samantha Kemeron dünyaya Florense adlı qızını gətirdi. 10 illik fasilədən sonra Dauninq-stritdə yenə körpə səsi eşidiləcək./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26