Interposta.Info

Qaşıqçı cinayətində yeni qalmaqal: Əsas şübhəlinin ümumiyyətlə prosesə cəlb olunmadığı ortaya çıxdı

Dünya
 22-06-2019, 20:46     10 282

Birləşmiş Millətlər Təşkilatı 2018-ci ilin oktyabrında, İstanbul şəhərində öldürülən Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı yeni hesabat yayımlayıb. Sənəddə yeni qalmaqallı faktlar ortaya çıxarılıb.

Cinayəti törədən qrupun 6 üzvünün məhkəmədə təqsirləndirilən şəxs olaraq cəlb edilmədiyi göstərilib.

Bunların içində Səudiyyə Ərəbistanının İstanbul baş konsulu Üteybi də var.

Lakin işin heyrətləndirici tərəfi cinayətin əsas şübhəli şəxsi, vəliəhd şahzadə Məhəmməd bin Salmanın yaxın müşaviri Səud Əl-Kahtaninin də adının müttəhimlər siyahısında olmamasıdır.

Bundan öncə Səudiyyə Ərəbistanın baş prokurorluğunun 2019-cu ilin yanvarın 3-də prosesə müttəhim kimi göstərilən 11 şəxsin adını açıqlamaması şübhələri daha da artırmışdı.

BMT-in xüsusi məruzəçisi Anyes Kalamrın hesabatında isə həmin 11 adamın adı açıqlanıb.

Bunlar Fəhd Şəbib A. əl-Bələvi, Türki Müşərrəf Əl-Şəhri, Vəlid Abdulla m. Əl-Şəhri, Mahir Əbdüləziz M. Mutrəb, Salah Məhəmməd Əbduh əl-Tübeyki, Mənsur Osman M. Əl- Hüseyn, Məhəmməd Səəd H. əl-Zəhrani, Mustafa Məhəmməd Əl-Mədəni, Seyd Səəd K. El-Kahtani, Əhməd Məhəmməd Əsiri və Müflih Şaya əl-Müslihdir.

Bu adlardan baş konsulluğun əməkdaşları olduğu deyilən Müflih Şaya Əl-Müslih və keçmiş Kəşfiyyat İdarə rəisinin müavini Əhməd Əsiri xaric, hamısı Camal Qaşıqçını ödürmək üçün gələn qrupda yer alan şəxslərdir.

Qaşıqçı haqqında cəza dəstəsinin rəhbəri, “mənə o köpəyin başını gətirin” deyən Səud Əl –Kahtaninin hətta prosesdən kənarlaşdırlması artıq yeni beynəlxaq qalmaqala səbəb olub. Bilindiyi üzrə İstanbul prokurorluğu onun haqqında “xüsusi vəhşiliklə adam öldürmə” maddəsi ilə cinayət işi açıb.

BMT raportuna görə, bundan başqa İstanbula gələn və qətli törədən qrupun digər üzvlərində Naif Həsən S. əl-Arifi, Əbdüləziz Məhəmməd M. Əl-Havsavi, Xalid Əhəd. G. Əl-Taibi, Məşəl Səəd M. Əl-Bostani, Qalib T. El-Hərbi və Bədr Lafi M. Əl-Üteybi də Səudiyyə məhkəməsi tərəfindən cəlb olunmayan şəxslərdir.

Məhkəmə prosesində müttəhimlərin vəkillərinin onların dövlət adamı olması və yuxarılların əmrlərinə qarşı gələ bilmədiklərini vurğulamaları da olduqca diqqət çəkib./Yeni Musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26