Interposta.Info

Qaşıqçını öldürən dəstənin rəhbəri müəyyənləşdi

Dünya
 3-11-2018, 12:38     10 338

"Wall Street Journal" Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlində iştirak edən qrupa rəhbərlik edən şəxsin adını açıqlayıb.

Məlumatda vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın yaxın şəxslərindən və baş məsləhətçisi kimi çalışan Suud Əl Kahtaninin qətlə rəhbərlik etdiyi iddia edilir. Cinayətdə iştirak edən şahzadənin digər yaxın adamı kəşfiyyat şöbəsinin sədr köməkçisi Əhməd Əl Assiridir. Hadisədən sonra hər iki şəxs vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabrda İstanbulda yerləşən Səudiyyə konsulluğunda qətlə yetirilib. Qətldə ittiham edilən 18 nəfər həbs edilib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26