Interposta.Info

"O itin başını mənə gətirin" - Camal Qaşıqçının ölüm əmrini o verib -

Dünya
 23-10-2018, 08:41     7 917

Səudiyyə Ərəbistanın İstanbul konsulluğunda qətlə yetirilən Camal Qaşıqçının ölüm əmrini şahzadə vəliəhd Salman bin Məhəmmədin müşaviri Suud el-Kahtani verib.

"İnterPosta" xəbər verir ki, bu iddia ilə “Reuters” agentliyi çıxış edib.

Agentliyin iddiasına görə, Kahtani “Skype” vasitəsi ilə konsulluqla əlaqə saxlayaraq Qaşıqçının ölüm əmrini verib. O, danışıq zamanı “O itin kəlləsini mənə gətirin” deyib.

"O itin başını mənə gətirin" - Camal Qaşıqçının ölüm əmrini o verib -

Suud el Kahtani


Qeyd edək ki, Suud el-Kahtani müxalifətə qarşı “Twitter” qurduğu “trol ordusu”na rəhbərlik edir. Onun hər “trol”u ayda 3 min dollar maaş alır. Ölkədə iqtidara qarşı çıxanlar yüzlərlə “trol” tərəfindən sosial şəbəkələrdə linç edilir./Yenicag.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26