Interposta.Info

Jurnalistin qətlində ittiham olunan şahzadə Avropada klub alır

Dünya
 17-11-2018, 13:43     10 411

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Avropa futboluna yatırım etmək istəyir.

Şahzadə İtaliyanın "Roma" klubunun səhmlərini almaq niyyətindədi. Onun nümayəndələri artıq bu yöndə hərəkətə keçiblər.

Məlumata görə, Məhəmməd ibn Salman İtaliya klubuna rəsmi təkliflə müraciət edib. Lakin onun təklifi "Roma"nın sahibi Ceyms Pallotta tərəfindən rədd olunub. Amerikalı iş adamının klubu 1 milyard avrodan aşağı qiymətə satmaq istəmədiyi deyilir.

Qeyd edək ki, Məhəmməd ibn Salman səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində ittiham olunur. İddialara görə, Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğunda öldürülən və sonra cəsədi parçalanan jurnalistin ölüm əmrini məhz şahzadə verib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26