Interposta.Info

Əlcəzairdə seçki günü bilindi

Dünya
 11-04-2019, 13:19     10 345

Əlcəzairdə prezident seçkisi iyulun 4-nə təyin olunub. Novator.az-ın məlumatına görə, müvəqqəti prezident Əbdülqədir Bensalah belə sərəncam imzalayıb.

1999-cu ildən ölkəni 1937-ci il təvəllüdlü Əbdüləziz Buteflika idarə edib. Bu il aprelin 2-də o, xalq etirazları nəticəsində prezidentlikdən istefa verib.

Müvəqqəti prezident Əbdülqədir Bensalah Senatın sədri postunu tutur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26