Interposta.Info

Prezident Yaşar Həsənovu işdən çıxardı

 

Ölkə / Manşet
 7-02-2022, 21:44     590

Prezident İlham Əliyev "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovla bağlı sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, sərəncama əsasən, Yaşar Məmmədəli oğlu Həsənov "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26