Interposta.Info

Vaşinqtondan şok təhdid: Rusiya buna görə cəzalandırılacaq

Dünya
 1-04-2019, 13:32     10 254

Rusiya Kuba və Venesueladakı rejimlərə dəstəyə görə yüksək qiymət ödəyə bilər.

Bu haqda Venesuela üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams CNN telekanalının efirində deyib.

"Ağ Ev administrasiyası Rusiyanı Venesuela prezidenti Nikolas Maduroya dəstəyə görə yüksək qiymət ödəməyə məcbur edəcək. Buna şübhə yoxdur”, - o deyib.

Daha əvvəl isə, Abrams Venesueladakı vəziyyətlə əlaqədar sanksiyaların tətbiqi imkanı haqqında Rusiyaya xəbərdarlıq edib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar./publika.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26