ABŞ Maduronun “ölkəni tərk edin” qərarını tanımadı
Xəbər verildiyi kimi, Venesuela prezidenti Nikolas Maduro ölkədəki ABŞ diplomatlarına 72 saat ərzində ölkəni tərk etmələrini əmr edib.
Bununla bağlı Birləşmiş Ştatlardan artıq reaksiya gəlib.
ABŞ dövlət katibi Maykl Pompeo Nikolas Maduronun ABŞ-la diplomatik münasibətləri kəsmək səlahiyyətinin qalmadığını bildirərək diplomatlarını Venesueladan çıxarmayacaqlarını bəyan edib.
Bundan başqa, Dövlər Departamentinin rəhbəri Venesuela ilə bundan belə Xuan Quido vasitəsilə rəsmi əlaqə quracaqlarını açıqlayıb.
“Birləşmiş Ştatlar Venesuela ilə diplomatik münasibətləri saxlamaqda davam edir və biz Xuan Quidonun müvəqqəti hökuməti vasitəsilə əlaqələrimizi davam etdirəcəyik. Buna görə də mən diplomatik missiyamızdan Venesuelada qalmalarını istədim. Birləşmiş Ştatlar Maduronu Venesuelanın prezidenti kim tanımır. Bu səbəbdən biz keçmiş prezident Nikolas Maduronun ABŞ-la diplomatik münasibətləri kəsməyə və bizim diplomatlarımızı “person-non-qrata” elan etməyə səlahiyyətinin olmadığını bildiririk”-deyə Dövlət Departamentinin mətbuat xidməti Maykl Pompeonun sözlərini çatdırıb.
Dövlət katibi Venesuelada ABŞ diplomatlarının həyatına təhlükə yaradan hər kəsi məsuliyyətə cəlb edəcəkləri hədələyib./musavat.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26