Interposta.Info

Maduro qızıl satır, Quaido səfir təyin edir

Dünya
 2-02-2019, 18:22     10 407

Birləşmiş Ərəb Əmirliklərinin "Noor Capital" şirkəti ötən həftə Venesuela Mərkəzi Bankından 3 ton qızıl aldığını, lakin bu Latın Amerikası ölkəsində siyasi böhran öz həllini tapana qədər daha almayacağını bəyan edib.

RİA "Novosti" xəbər verir ki, bu barədə bəyanat şirkətin "Twitter" mikrobloqunda yerləşdirilib.

Daha əvvəl Venesuela Mərkəzi Bankının yaxın günlərdə BƏƏ-yə 15 tona yaxın qızıl satmağı planlaşdırdığı xəbər verilmişdi.

"Noor Capital" hansısa qanunsuz və ya qadağan olunmuş sövdələşmədə iştirak etmir. 21 yanvar 2019-cu il tarixində "Noor Capital" beynəlxalq standartlar və qüvvədə olan yerli qanunlara müvafiq olaraq Venesuela Mərkəzi Bankından 3 tona yaxın qızıl alıb. Ondan sonra sövdələşmə olmayıb", - deyə məlumatda bildirilir.

Eyni zamanda, RİA "Novosti"nin xəbərinə görə, Kosta-Rika hökuməti Venesuelanın müxalifətyönümlü parlamentinin rəhbəri Xuan Quaido tərəfindən təyin olunmuş diplomatik nümayəndəni tanıyıb. Bu barədə Kosta-Rika Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda bildirilir.

"Kosta-Rika hökuməti Venesuela prezidenti vəzifələrinin müvəqqəti icraçısı Xuan Quaido tərəfindən təyin edilmiş və bu gün xarici işlər naziri Manuel Ventura Roblesin qəbul etdiyi diplomatik nümayəndəni tanıyıb", - deyə məlumatda qeyd olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26