Interposta.Info

6000-dən çox aksiyada 57 nəfər ölüb

Dünya
 3-05-2019, 17:55     10 441

2019-cu ilin yanvarından Venesuelada prezident Nikolas Maduronun istefası tələbi ilə aksiyalar keçirilir. Müxalif qüvvələrin əlində olan, prezidentin tanımadığı parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. ABŞ başda olmaqla bir çox ölkə onu legitim dövlət başçısı kimi tanıyıb. Əsasən Rusiyadan dəstək alan Nikolas Maduro hakimiyyətdən əl çəkmir.

1962-ci il təvəllüdlü Nikolas Maduro Venesuela Vahid Sosialist Partiyasının lideridir. Parlament sədri, xarici işlər naziri, vitse-prezident postlarını tutub. 2013-cü ildən ölkə prezidentidir. O, ötən il mayın 20-də keçirilmiş prezident seçkisində yenidən dövlət başçısı elan olunub, bu il yanvarın 10-da and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Novator.az-ın məlumatına görə, Venesuelanın Sosial Münaqişələri Monitorinq Mərkəzi adlı qeyri-hökumət təşkilatı ilin əvvəlindən qeydə alınan itkiləri hesablayıb. Qurumun 3 may açıqlamasında qeyd olunur ki, bu il Venesuelada 6000-dən çox etiraz aksiyası keçirilib, hökumət qüvvələri ilə toqquşmalarda 57 nəfər həlak olub.

Bir neçə gün əvvəl Xuan Quaido xalqı Nikolas Maduro rejiminə qarşı son və qəti mübarizəyə səsləyəndən toqquşmalar daha da intensivləşib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26