Interposta.Info

Cənubi Amerikanın Suriyası - Venesuela

Dünya
 7-08-2017, 12:08     9 978

Neftlə zəngin ölkədə hər an vətəndaş müharibəsi başlaya bilər
Venesuelada prezident Nikolas Maduro tərəfindən qurulan Milli Assambleya işinə yeni başlayıb. Lakin küçələrdə müxalifətlə polis arasında döyüşlər tam sürətlə davam edir.


Maduro diktaturası artıq xalqa divan tutmaqla kifayətlənmir, həm də onun seçdiyi insanları hər kəsin gözü önündə həbs edir.

Avqustun 1-də prezidentin ölkədə Təsisedici Məclis çağırmasına açıq səslə etiraz edən paytaxt Karakas şəhərinin meri Antonio Ledezma və müxalifət lideri Leopoldo Lopes məxfi polis tərəfindən həbs olunub.

Buna rəğmən xalqın müqaviməti səngiməyib. Əslində vətəndaşların başqa əlacı da yoxdur. Ölkə humanitar fəlakət içindədir , insanlar aclıq və səfalətə görə tək günahkar bildikləri hakimiyyətin getməsini tələb edirlər.
Cənubi Amerikanın Suriyası - Venesuela


Xarici mətbuat Venesueladakı hadisələrin 2013-cü ilin sonunda Ukraynada başlayan inqilabla müqayisə edir.

Siyasi ekspertlərin fikrincə, burada da can qorxusu ilə insanlara zülm edən zəif prezident və onun getməsini arzulayan, lakin müxtəlif hissələrə parçalanmış müxalifət var.

Lakin Ukraynadan fərqli olaraq Venesuelada soyğunçu oliqarxların əvəzinə qüdrətli generallar söz sahibidir.

Hakimiyyət hələ ki Suriyanın əli qanlı diktatoru kimi xalqa qarşı açıq silah işlətməkdən çəkinir. Onlar ölkədə vətəndaş müharibəsinin alovlanması üçün adi bir qığılcımın səbəb ola biləcəyini başa düşürlər.

Bir çoxları böhranın yeganə həlli yolu olaraq Nikolas Maduronun istefasında görür. Əslnidə xarici vasitəçilər də bunu tələb edir. Onlar çavesçilərin (Maduronun da daxil olduğu mərhum prezident Uqo Çavesin tərəfdarları-red.) daha münasiib lider ortaya çıxarmaları halında müxalifətin xalqı küçələrdən çəkə bilməsi ehtimalını dilə gətirirlər.

Lakin bu variant indiki anda mümkün deyil. Belə ki Maduronun getməsi halında onunn yerini ondan daha əzazil vitse-prezident Tarık Əl Aysami (ərəb əsillidir-red.) tuta bilər.
Cənubi Amerikanın Suriyası - Venesuela


Bu adam beynəlxalq narkotrafikin baronlarından hesab olunur və ABŞ onu sanksiya altına düşən şəxslərin siyahısına daxil edib.

Xunta, yəni hərbi çevriliş ehtimalı

Hərbi çevrilişlər Cənubi Amerika ölkələrinin siyasi tarixinin əsas tərkib hissəsidir. Venesuela da bunların içində istisna sayılmır. 1951-ci ildə polkovnik Peres Himenesin başçılığı altında ölkədə mülki hakimiyyəti devirərək iqtidara gələn hərbçilərin öz əleyhdarlarına tutduğu divan ölkədə heç kimin yadından çıxmayıb.

Lakin indiki anda belə bir ssenarinin gerçəkləşməsi mümkün deyil.

Birincisi Maduroya müxalif ola biləcək hərbçilərin bir çoxu ya həbs edilib, ya da ordudan xaric olunub.
Cənubi Amerikanın Suriyası - Venesuela


İkincisi hakimiyyət özü hərbçilərin çiyinləri üzərindədir. Hökumətin 32 nazirinin 13-ü hərbçidir. 20 qubernatordan 11-i də hərbçi mənşəlidir.
Nəhayət 1952-ci Venesuelası dünyada soyuq müharibənin, SSRİ kommunizmi ilə ABŞ arasında mücadilənin tam sürət aldığı dövr idi. Latın Amerikası ölkələrindəki hərbi çevrilişlərin əksəriyyətinin arxasında Vaşinqton durub.

Bu dəfə vəziyyət fərqlidir.

ABŞ Nikolas Maduro iqtidarının nəinki arxasında deyil, hətta onun dərhal getməsini istəyir. Vaşinqton hətta Maduronun legitimliyini də tanımır.

“Maduronun saxta seçkiləri diktaturaya doğru atılan addımdır. Biz onun qeyri-legitim hökumətini tanımırıq. Əvvəl-axır Venesuela xalqı və demokratiya tənətənə ilə qələbə qazanacaq”, - Birləşmiş Ştatların BMT-dəki rəsmi nümayəndəsi Nikki Heyli tvitter hesabında bəyan edib.
Maliyyə naziri Stiven Mnuçin isə Maduronu diktator adlandırıb və ona qarşı personal sanksiyaların tətbiq ediləcəyini bildirib.
Cənubi Amerikanın Suriyası - Venesuela


Bundan başqa maliyyə nazirliyi Venesuelanın neft sənayesinə də sanksiyalarla zərbə vurmağa hazırlaşır.

Avqustin 1-dən etibarən Maduronun ABŞ-dakı bütün aktivləri dondurulub, amerikalılara isə Venesuala hökuməti ilə iş görmək qadağan edilib.
Maduronun hərəkələtri təkcə Vaşinqtonda deyil, həmçinin bütün Latın Amerikasında qınağa məruz qalıb. Kolumbiya, Kosta-Rika, Panama, Meksika və Argenitna kimi ölkələr onun xalqa qarşı repressiyalarını pisləyən bəyanatlar veriblər. Peru hökuməti vəziyyəti müzakirə etəmək üçün avqustun 8-də Latın Amerikası ölkələrinin xarici işlər nazirlərini müzakirəyə çağırıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo isə Kolumbiya və Meksika ilə Venesuelada müvəqqəti hökumətin qurulması ilə bağlı danışıqlar getdiyi barədə bəyanat isə Nikolas Maduro üçün əsl qorxulu gəlişmədir.
Cənubi Amerikanın Suriyası - Venesuela


Venesuela hökuməti bunu ölkə prezidentinin gələcəkdə sui-qəsdlə devrilmək ehtimalı olaraq qəbul edib.

Hər halda Maduronun son bəyanatları onun son gəlişmələrdən olduqca narahat olduğunu göstərir.

Böyük Britaniyanın İndependent qəzetinin yazdığı kimi, ABŞ-ın Latın Amerikası ölkələrinə etdiyi “qanlı müdaxilələr” heç kimin yadından çıxmayıb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26