Interposta.Info

Maduro suallarını bəyənmədiyi jurnalistləri ölkədən qovdu

Dünya
 28-02-2019, 11:02     10 304

Venesuela prezidenti Nikolas Maduronun suallarını bəyənmədiyi jurnalistləri öncə həbs etdirib, daha sonra isə ölkədən deportasiya etdirdiyi iddia edilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hava limanında açıqlama verən meksikalı xəbər aparıcısı Xorxe Ramos heç bir səbəb göstərilmədən deportasiya olunduqlarını deyib. O, verdiyi suallardan səsbiləşən Maduronun müsahibəni yarıda kəsdiyini də bildirib.

Ramos Maduroya zibil qutularında yemək axtaran venesuelalı gənclərin videosunu göstərərək, "demokrat bir lider bunu etməz" deyib. Bildirilir ki, bu sözlərdən sonra Maduro özündən çıxıb və bir qrup jurnalistin həbs edilərək, deportasiya olunmasına dair göstəriş verib.

Ramos nəfərlik çəkiliş qrupunun texnikalarının müsadirə edildiyini və saat prezident sarayında saxlanıldıqlarını söyləyib.

Venesuela İnformasiya Nazirliyi isə bunun ABŞ tərəfindən təşkil olunmuş ucuz propaqanda olduğunu açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26