Interposta.Info

“3 milyard dollar xərclədiyimiz bazadan necə çıxım mən?” ABŞ prezidenti

Dünya
 4-03-2019, 19:40     10 293

“Son 20 ildə Yaxın Şərqdə 7 trilyon dollar xərclədik, amma işıqları söndürmədən təyyarələrimizi endirə bilmirik. Bu çox pisdir. 7 trilyon xərclədik və enərkən işıqlarımızı söndürmək məcburiyyətindəyik”.

Bu açıqlama ilə ABŞ-ın Yaxın Şərq siyasətini şərh edən prezident Donald Tramp çıxış edib.

ABŞ-ın sabiq müdafiə naziri Cim Mettisin adını çəkmədən işarə vuran Tramp “Sonradan qovmaq məcburiyyətində olduğum bir generala “Bu xilafət (İŞİD) nə vaxt tamamilə yox olar” dedim. “Ser, 2 il içində” dedi. Buna razı olmadım və iki il gözləyə bilməyəcəyimi dedim. Başqaları ilə də danışmaq üçün İraqa getdim”, deyib.

Trampın ziyarət etdiyi İraqın Anbar vilayətindəki “Əl Əsəd” bazasını da tərifləyib:

“Endiyim aviabaza inanılmaz bir şeydir. Onu inşa edərkən 3 milyard dollar xərcləmişik. İraqdan çıxmaq istəməməyimin bir səbəbi də budur. Onu necə tərk edək ki?”.

Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərindən də böyük qələbə ilə çıxacağını deyib./Avropa.info

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26