Interposta.Info

İran yeni PUA-sını təqdim etdi: 4 bomba daşıyır

Dünya
 31-01-2019, 11:09     10 411

İranın “Kaman 12” adlı Pilotsuz Uçan Aparatının (PUA) təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimat İran paytaxtı Tehranda İran inqilabının 40 illiyi münasibəti ilə keçirilən “İqtidar 40” sərgisində baş tutub.

“Kaman 12” PUA-sı 100 kq sursat daşımaq imkanına malikdir. Bununla yanaşı, “Kaman 12” təxminən 23 kq ağırlığında 4 bombanı daşıya bilər. Kaman 12 PUA-sı min kilometrlik əməliyyat radiusu vardır.

Uçan aparatın sürəti saatda 160 kilometrdir.Bu PUA-nın maksimum çəkisi 450 kq, minimum çəkisi isə 220 kq-dir.

Qedy edək ki bu gün Tehranda İran inqilabının 40 illiyi münasibəti ilə “İqtidar 40” adlı təşkil olunan hərbi sərgi keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26