ABŞ aviaşirkətlərinə İran üzərindən uçuşlar qadağan edildi

ABŞ-ın Mülki Aviasiya İdarəsi Amerika aviaşirkətlərinə İranın Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanlarında uçuş həyata keçirməyi qadağan edən təcili xəbərdarlıq yayıb.
İdarə ən yaxın mülki təyyarənin İran tərəfindən vurulan Amerika pilotsuz aparatı ilə 45 mil (72 km) məsafədə olduğunu qeyd edib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu iyunun 20-də ölkənin hava məkanına daxil olan Amerika pilotsuz uçan aparatının vurulduğunu bəyan edib. Birləşmiş Ştatlar öz növbəsində aparatın saxlanılan zaman böyük yüksəklikdə olduğunu bildirib./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26