Interposta.Info

Rusiyadan şok: ABŞ-ın İŞİD-lə əlaqəsini üzə çıxardıq

Dünya
 17-01-2019, 09:12     10 384

ABŞ-ın İŞİD-lə arasındakı əlaqə barədə yeni tapıntılar ortaya çıxarmışıq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Suriyada ABŞ-la İŞİD arasındakı əlaqələri göstərən sübutları daha öncə bir neçə dəfə ictimaiyyətlə bölüşdük. Bu dəfə ABŞ-ın İŞİD-lə birbaşa əlaqəsi olmasa da, dolayısı yolla əlaqələrini ortaya çıxardıq. Belə ki, ABŞ-ın özəl qüvvələri terrorçuların havadarları haqqında məlumatın sızmasının qarşısını almaq üçün İŞİD üzvlərinin olduğu bir həbsxananı ələ keçirib.

Taliban bir müddət öncə verdiyi bir bəyanatda ABŞ özəl qüvvələrinin Əfqanıstanda İŞİD üzvlərinin olduğu Talibana aid cəzaçəkmə yerlərindən birini əlinə keçirmək üçün əməliyyat keçirdiyini bildirib. Ötən ilin avqust ayında da ABŞ ələ keçirdiyi İŞİD terrorçularının hamısını naməlum bir yerə aparmışdı", - XİN-nin bəyanatında qeyd edilib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26