Interposta.Info

İraqda 1.5 milyon xristiandan 400 mini qalıb

Dünya
 28-12-2018, 19:44     10 349

ABŞ və İŞİD-ın apardığı müharibə xristianlar dərbədər etdi

Bağdadda yaşayan xristianlar Milad bayramını qeyd edib. Bu xəbəri AFP (Agence France-Presse) yayıb. Agentlik bildirir ki, İŞİD məğlub edildikdən sonra ilk dəfədir ki, xristianlar bayram keçirir.

ABŞ 2003-cü ildə İraqa hərbi qoşun yeritdi. O zaman ölkədə 1.5 milyon xristian yaşayırdı. Hazırda isə İraqın xristian əhalisinin sayı 400 min nəfərə qədər azalıb.

İraqda yeni eranın birinci əsrindən etibarən xristianlar yaşayıb. Onların arasında katolik və ortodoks xristianlar daha çoxdur. Ancaq xristianların başqa məzhəblərini təmsil edən inanclı insanlar da var. 2000 illik xristianlıq tarixi olan ölkə ABŞ-ın İraqda apardığı 3 illik müharibə zamanı təhlükə ilə üzləşdi. İŞİD terrorçuları isə xristianlara qarşı dini təmizləmə siyasəti yeritdi. Nəticə ortadadır.

Bağdaddakı Müqəddəs Corc Caldian kilsəsinin rəhbəri Basiliuz ata deyib ki, bu dəfə daha çox xristian bayram tədbirinə qoşuldu. İraq hökuməti Milad gününü ölkə ərazində rəsmi bayram kimi qeyd olunmasına qərar verib: “Biz xristianlar Bağdadda mövcud olan sabitliyə və əmin-amanlığa görə çox məmnunuq. İŞİD-ın məhv edilməsi də bizə əlavə sevinc yaşadır”.

Agentlik bildir ki, əvvəllər xristianların yaşadığı ərazilərdə ötən şiddətli savaşın izləri aydın görünür. Xaraba qalmış şəhərlər, qəsəbələr az deyil. Məsələn, Qaraqoşda əvvəl 50 min xristian yaşayırdı. İndi isə orada cəmi bir neçə yüz xristian var. Onların bir hissəsi İraqın başqa iri şəhərlərinə köçüb, mühacirətə gedənlərin sayı isə daha çoxdur. Ancaq Basiliuz ata optimistdir: “Biz ümid edirik ki, İraqı tərk etmiş xristianlar yenidən geri dönəcək”.
https://www.arabnews.com/node/1425746/middle-east/musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26