Interposta.Info

Aktrisa 55 illik “xəstə”sinin həbs olunmasını istəyir -

Dünya
 26-09-2018, 19:20     10 454

Məşhur türkiyəli aktrisa Fatma Giriki 55 ildir narahat edən 71 yaşlı Mehmet Alsan adlı fanatının məhkəməsi baş tutub.

Oxu.Az xəbər verir ki, iclasda Alsanın üç ilədək həbs olunması tələb olunub.

Bildirilib ki, Mehmet 1963-cü ildən aktrisaya fanatlıq edir və bu fanatlıq həddindən artıqdır.

“Bu şəxs 40 ildən çoxdur ki, fanatımdır. Arada qarşıma çıxıb məni çox sevdiyini deyirdi. Anamın evinə məktub yazıb qoyub. “Kaş ki, səni vaxtında qaçırsaydım” sözləri də həmin məktubda yer alır. Eyni zamanda, hədələyici və məni narahat edən sözlər yazıb. Şikayətçiyəm. Cəzalandırılmasını tələb edirəm”, - deyə Girik ifadəsində yazıb.

Aktrisa 55 illik “xəstə”sinin həbs olunmasını istəyir -


Məhkəmə isə iclası başqa günə təyin edib.

Qeyd edək ki, Mehmet 50 il öncə Girikin Topağıcı adlı bölgədəki evində balkonda görülüb və polisə təslim edilib. Həmin vaxtı Alsanın üstündən aktrisanın fotoları çıxıb.

Hadisədən bir müddət sonra o, sənətçinin Leventdəki evinin arxasında boş ərazidə polis paltarında görülüb. Mehmet daha sonra Girikin Bebekdəki iş yerinin qarşısında, daha sonra Ankaradakı ofisinin yaxınlığında görülüb həbs edilmişdi.

Aktrisa 55 illik “xəstə”sinin həbs olunmasını istəyir -


Bundan başqa, 2016-cı ildə Fatma Giriki qaldığı xəstəxanada onu ziyarət edib. Girik isə onun eyni adam olduğunu görüb şikayət edib. Daha sonra Mehmet aktrisanın anasının evinə gedərək oraya məktub qoyub. Məktubdakı cümlələr isə onu məhkəməlik olmasına gətirib.

interposta.info

Aktrisa 55 illik “xəstə”sinin həbs olunmasını istəyir -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26