Interposta.Info

Restoranda mafiya hesablaşması:

Dünya
 31-01-2017, 08:42     706

Restoranda mafiya hesablaşması:
İstanbulda restoranda silahlı insident baş verib.

Musavat.com-un məlumatına görə, bir nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə gələn polislərə təslim olan silahlı Mert Saral həbs olunub. Mert Saralın 12 il əvvəl İtaliyada öldürülən Hüseyn Saralın oğlu olduğu üzə çıxıb. Mert Saralın silahlı basqını atasının öldürüldüyü 31.01.2005 tarixindən tam 12 il sonra, eyni gündə həyata keçirməsi diqqət çəkib.

Məlumata əsasən, 24 yaşlı M.Saral uzaq qohumu 58 yaşlı Mehmet Ali Büyüksarıoğlu ilə restoranda qarşılaşıb və silahını çaxararaq atəş açıb. Ağır yaralanan Mehmet Ali Büyüksarıoğlu xəstəxanaya aparılarkən yolda ölüb, restorana gələn iki müştəri isə yüngül yaralanıb.

Hadisə şahidi baş verənləri belə danışıb: “Vuran şəxs hadisədən sonra su içdi, oturub siqaret yandırdı. O, silahını çıxarıb stolun üstünə qoydu və polisin gəlməyini gözlədi”.

Qeyd edək ki, Mehmet Ali Büyüksarıoğlu daha əvvəl Hüseyn Saralın yerini yeraltı dünyasının məşhurlarından olan Sedat Şahinə bildirərək onun ölümünə kömək etməkdə ittiham olunub.

interposta.info
Restoranda mafiya hesablaşması:
Restoranda mafiya hesablaşması:
Hüseyn Saral













Restoranda mafiya hesablaşması:
Sedat Şahin

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26