Interposta.Info

ABŞ-ı Trampdan xilas etməyin vaxtı çatıb - Obama

Dünya
 8-09-2018, 12:00     10 359

Hazırkı ABŞ Prezidenti Donald Tramp amerikalıların qorxu və qəzəbindən faydalanır ki, bu da amerikalıların arasındakı birliyi parçalayır.

"XeberBiz" Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, hakimiyyətə sahib olan insanlar amerikalıların parçalanmış, pis niyyətli olaraq qalmalarını istəyirlər:

“Bu onlara status-kvonu saxlamağa imkan verir. Bu parçalanma Donald Trampla başlamayıb. O səbəb deyil, nəticədir. O, sadəcə olaraq seçicilərin indiyə qədər siyasətçilərlə bağlı toplanan şikayətlərindən faydalanmağa çalışır”.

Onun sözlərinə görə, amerikalıların ABŞ-ı Trampdan xilas etmək vaxtı çatıb. O bunun üçün amerikalıların Konqres seçkisinə gəlməli olduğunu deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26