Interposta.Info

Ruhani hədələdi: “ABŞ bizim qolumuzu kəsdi, biz onun ayağını kəsəcəyik”

Dünya
 8-01-2020, 17:50     415

"ABŞ ordusu tezliklə Yaxın Şərqdə yerləşə bilməyəcək”.

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. İran lideri bunun general Qasım Süleymaninin amerikalıların tərəfindən öldürülməsinə bir cavab olacağını vurğulayıb.

Ruhani Süleymaninin ölümünün İran üçün "qolunun kəsilməsi" demək olduğunu vurğulayıb. Buna görə İran ABŞ-ın hərəkətlərinə cavab olaraq amerikalıların "ayağını kəsəcək".

Qeyd edək ki, bu gün İran ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbəsi endirib.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26