Interposta.Info

Trampdan

Dünya
 25-01-2017, 06:44     722

Trampdan

ABŞ Prezidenti Donald Tramp Şimali Dakota və Keystoundan keçən neft boru kəmərləri ilə bağlı fərman imzalayıb.

Axar.az xəbər verir ki, seçki kampaniyası zamanı ABŞ-da enerji inqilabı reallaşdıracağını vəd edən Tramp Ağ Evdə keçirilən mətbuat konfransında iki boru kəmərinin tamamlaması ilə bağlı uzun müddətdir gözlənilən qərarı təsdiqləyib.

Qeyd edək ki, Kanadadan ABŞ-ın cənubundakı neft emalı zavodlarına xam neft tədarükünü planlaşdıran və təxminən 8 milyard dollara başa gələn Keystoun XL boru kəməri keçmiş prezident Barak Obama tərəfindən 6 il təxirə salınmışdı. ABŞ Konqresinin təsdiq etməsinə baxmayaraq, Obama layihəyə üç dəfə veto qoymuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26