Putin ən uğursuz mövqeyi seçdi – Eydman
Putin öz siyasi karyerasında ən böyük səhvinə yol verdi.
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı sosioloq İqor Eydmanın “Obozrevatel” saytındakı məqaləsində yer alıb.
“Putin üçün sərfəli olan ya islahatları təxirə salmaq, ya da hər şeydən imtina edib hər şeyi hökumətin üzərinə atmaqdan ibarət idi. Birinci variantda o, xalqın yanında yer alan, qəddar boyarlarla savaşan xeyirxah çar rolunu oynayacaqdı. İkinci halda isə onun əlinə bütün məsuliyyəti islahatların qeyri-populyar icraçılarının üzərinə atmaq imkanı düşəcəkdi. Putin ən uğursuz mövqeyi seçdi. Bu onun populyarlığının və karyerasının sonu ola bilər” – deyə o bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26