Putin-Ərdoğan görüşü:

Rusiya lideri Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə qırmızı qalstuk taxması diqqətçəkicən məqamdır.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Andrey Norkin NTV-nin “Mesto Vstreçi” (Görüş yeri) siyasi-analitik verilişində çıxışı zamanı deyib.
O, Putinin Ərdoğanla görüşünün Almaniya kansleri Merkellə görüşdən fərqli atmosferdə keçdiyini bildirib:
“Bəli, Putin gülümsəyir. Hər ikisi də rahatdır. Ərdoğan kresloda rahat oturur. Merkel-Putin görüşündən fərqli mənzərə var”.
Bundan əlavə, “Superomsk.ru” saytının araşdırmasına görə, Putin xüsusi önəm kəsb edən görüşlərə qırmızı qalstukla gedir:
“Qırmızı qalstuk iqtidarı və gücü simvolizə edir”.
“Rusposters.ru” saytında yayımlanan məqalədə isə Kreml rəhbərinin son 5 ildə yalnız 11 tədbirə qırmızı qalstukla getdiyi bildirilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26