Interposta.Info

Ərdoğan-Putin görüşü:

Dünya
 2-05-2017, 21:13     586

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə 3-4 may tarixlərində baş tutacaq Suriya görüşləri ilə bağlı bir sıra yeni məqamlar bəlli olub.

Axar.az xəbər verir ki, görüş zamanı Rusiya tərəfi Suriyanın şimal-qərb və mərkəzi hisslərində yaradılacaq təhlükəsizlik bölgələrlə bağlı qarşı tərəfə detallı məlumat təqdim edəcək.

Həmin sənədlərlə sözügedən bölgələrin İŞİD və Nüsrə Cəbhəsindən tamamilə təmizlənməsi planlaşdırılır.

Əraziyə yeni hərbi qüvvələrin də yerləşdiriləcəyi istisna edilməyib.

Təklifin 3 ay müddətində həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, məsələ ilə bağlı heç bir tərəf rəsmi açıqlama verməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26