Interposta.Info

Trampın gizli səs yazısı üzə çıxdı

Dünya
 29-08-2018, 19:06     10 390

“Aralıq seçkiləri uduzsaq, şiddət tətbiq edəcəklər”

ABŞ prezidenti Donald Tramp bazar ertəsi, axşam saatlarında Ağ Evdə evangelist liderlər üçün təşkil etdiyi yeməkdə noyabr ayında keçiriləcək aralıq seçkiləri ilə bağlı danışıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti aralıq seçkiləri uduzacağı halda, şiddət dalğasının başlaya biləcəyini iddia edib.

“Nyu-York Tayms” qəzeti Trampın yeməkdə etdiyi çıxışın səs yazısını yayıb. Xəbərdə bildirilir ki, Tramp evangelist liderlərə noyabrda keçiriləcək aralıq seçkilərdə demokratların qazanacağı halda “hər şeyin bitəcəyi” ilə bağlı xəbərdarlıq edib. Trampın sonrakı sözləri belə olub: “Etdiyimiz hər şey tərsinə çevriləcək. Bunu sürətlə və şiddətdən istifadə edərək həyata keçirəcəklər. Hər şeyi dərhal bitirəcəklər. Antifa-ya (faşizmə qarşı sol qrupları təsnif edən anlayış) baxın. Bunlar şiddət dolu insanlardır”.

Trampın gizli səs yazısı üzə çıxdı

“Nyu-York Tayms” Trampın bu sözlərlə kimdən bəhs etdiyinin dəqiq olmadığını dedi. Ağ Ev sözçüsü Hogan Gidley ABŞ prezidentinin bu sözlərlə kimi nəzərdə tutduğu sualına cavab verməyib. Gidley Trampın demokratlarla faşizmə qarşı etirazçılar arasında necə bir əlaqə qurması mövzusunda da danışmayıb.

Qəzetin yaydığı materiala görə, Tramp daha sonra aşağıdakıları deyib: “Yaxşı olduğumuzu və populyar olduğumuzu düşünürəm. Amma tək bir gerçək sual var. Gəmi sükanının arxasında mən yoxkən insanlar səs verməyə gedəcəklərmi? Mən sükan arxasında olmayacam. Sizdən sadəcə hər kəsin səs verməyə getdiyindən əmin olmağınızı istəyirəm. Çünki əgər 6 noyabrda səs verməyə getməsələr, səfil iki ilimiz olacaq və dürüst olmaq lazımdırsa, çox çətin bir mərhələnin içinə girəcəyik. Sahib olduğunuz hər şeyi itirməkdən sadəcə 1 seçki qədər uzaqdasınız”./MilliYol.Az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26