Interposta.Info

Sağ qalan rus jurnalistlə bağlı - Kremldən açıqlama

Dünya
 30-05-2018, 20:57     10 311

Kiyevdə Rusiya kanallarından birinin aparıcısı güllələnib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna DİN Feysbuk səhifəsində məlumat yayıb.

“Hadisə Dneprovski rayonunda baş verib. 102 xidmətinə xəstəxanadan məlumat daxil olub. Onlara bir qadın zəng edib və bildirib ki, ərini çarpayıda qan içində tapıb. Aldığı yaradan o, dünyasını dəyişib. Ölən 1977-ci il təvəllüdlüdür, Rusiya kanallarından birinin aparıcısıdır”, - məlumatda bildirilir.

Hadisə yerinə əməliyyatçılar yollanıb.

“Obozrovatel” ölənin jurnalist Arkadi Babçenko olduğunu yazıb.

A.Babçenko “Moskovski komsomolets” və “Novıy qazeta”nın əməkdaşı olub, “Birinci kanal”la çalışıb.

Rusiyanı 2016-cı ildə tərk edib.

DİN-in kollegiya üzvü, deputat Anton Geraşenko Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenkonun güllələndiyini təsdiqləyib.

“Qatil onu evin girişində gözləyib. babçenko qapını açarkən qatil əclafcasına, arxadan onun kürəyinə bir neçə güllə vurub”, - Geraşenko qeyd edib.

Babçenko xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Rusiya XİN Kiyevdən qətlin operativ və şəffaf araşdırılmasını tələb edib.

Ötən gün Ukraynanın paytaxtı Kiyevdə öldürüldüyü açıqlanan rusiyalı jurnalist Arkadi Babçenko sağdır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak verib.

V. Qritsak deyib ki, A. Babçenkonun öldürülməsi ilə bağlı tarixçə jurnalistə qarşı hazırlanan sui-qəsdi üzə çıxarmağa yönəlmiş tamaşa idi: “Mən Arkadi Babçenkonu üçüncü doğum günü münasibətilə təbrik edirəm”.
Kəşfiyyat rəhbərinin bu sözlərindən sonra A. Babçenko zala daxil olub. V. Qritsak sui-qəsdi Rusiya xüsusi xidmət orqanlarının sifariş etdiyini bildirib. “İstintaqla müəyyən edilib ki, Babçenkoya qarşı hazırlanan terror aktı Rusiya kəşfiyyatının öz siyasi baxışlarına görə ölkədən qaçaraq Ukraynaya, eləcə də Avropa ölkələrinə sığınan Rusiya vətəndaşlarının fiziki məhvinə yönəlmiş əməliyyatının yalnız bir elementidir”, - deyə o, söyləyib.

V. Qritsak sui-qəsdin təşkilatçısının bu gün Kiyevdə yaxalandığını açıqlayıb: “Üç saat əvvəl bu cinayətin təşkilatçısı Kiyev şəhərində bizim tərəfimizdən saxlanılıb. Hazırda bu vətəndaşla bağlı istintaq tədbirləri həyata keçirilir. Onun yaşadığı və müvəqqəti qaldığı yerlərdə axtarış təbirləri aparılır”.

Rusiyalı jurnalist Arkadi Babçenko Kiyevdə Ukraynanın Təhlükəsizlik Xidmətində mətbuat konfransı keçirir.

Arkadi Babçenkonun yaşaması yaxşı xəbərdir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya XİN rəsmisi Mariya Zaxarova çıxış edib.

Kreml sözçüsü Dmitr Peskov isə məsələ ilə bağlı hər hansı açıqlama verə bilməyəcəyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26