Interposta.Info

Kiyevdə partlayış:

Dünya
 9-09-2017, 07:28     10 479

Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb. Hadisənin terakt olub-olmaması araşdırılır.

Yaralılardan birinin uşaq olduğu bildirilib.

***

Kiyevin Bessarabiya meydanında partlayan maşında ölən şəxsin çeçen əsilli döyüşçü olduğu bildirilir.

“112 Ukrayna”nın məlumatına görə, həlak olan Timur Maxari Gürcüstan vətəndaşı olub və Cövhər Dudayev batalyonunda Donbasda vuruşub. Yaralılardan biri onun əmisi oğludur. Maşın da gürcü nömrəsi ilə olub.

Timurun dostu Leonid bildirib ki, partlayışda “Rusiya izi” var, mümkündür ki, Timur sifarişlə öldürülüb.

Timerxan Minayev Timur Maxarinin Cövhər Dudayev batalyonunda vuruşduğunu təsdiqləyib və bildirib ki, bu, Timura qarşı həyata keçirilən ilk sui-qəsd deyil. Onun sözlərinə görə, bundan əvvəl Gürcüstanda onun iki dəfə maşını partladılıb, bir neçə dəfə güllə yağışına tuş gəlib.

Espreso TV-nin məlumatına görə, Timur Maxari (Əli Dubayev) həm də Ruslan Papaskeri kimi tanınırmış.

İddiaya görə, maxari Türkiyədə 2012-ci ilin payızında həbs edilib. O, “Qafqaz Əmirliyi”nin rəhbəri Musa Atayevi qətlə yetirməkdə şübhəli bilinib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26