Interposta.Info

Rusiya III dünya savaşına hazırlaşır - Xalqa xəbərdarlıq

Dünya
 12-04-2018, 19:34     10 556

“Rossiya24”ün aparıcısı Aleksey Kazakov III dünya müharibəsi və yaxud nüvə savaşları zamanı xalqa təlimat xarakterli bir sıra tövsiyələr verib.

Axar.az xəbər verir ki, o, son zamanlar ABŞ-Rusiya arasında yaranan gərginlikdən dolayı əhaliyə müraciət edərək zəruri ərzaq məhsullarını toplamağı məsləhət bilib.

Kazakov bildirib ki, müharibə zamanı insanlar sığınacaqlara yerləşdiyində özləri ilə düyü, yarma, buğda və s. uzunmüddət xarab olmayan məhsullar götürməlidir.

O, həmçinin burada suyun da olduqca önəmli rasion olduğunu diqqətə çatdırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26