Interposta.Info

III Dünya müharibəsinin başlanacağı tarix açıqlandı - Böyük iddia

Dünya
 19-04-2017, 21:01     1 253

Portuqaliyalı sufi Qoraçio Vileqas III Dünya müharibəsinin başlanacağı dəqiq tarixi açıqlayıb.
Qoraçio növbəti dünya müharibəsinin nüvə münaqişəsi səbəbindən və ABŞ, Rusiya, Şimali Koreya və Çinin iştirakı ilə müharibənin başlaya biləcəyini bildirib.

O iddia edib ki, III Dünya müharibəsi bu ilin 13 may tarixində başlayacaq və məqsəd 6 ay ərzində dünyanı dağıtmaq olacaq.

Qoraçio bildirib ki, Müqəddəs Mariya sonuncu dəfə 1917-ci ilin oktyabr ayının 13-də Portuqaliyanın bir kəndində olub və xəbərdarlıq etmişdi ki, müharibə sona doğru gedir və əsgərlər tezliklə evlərinə qayıdacaqlar.

Bütün proqnozlarının doğru olduğunu deyən Qoraçio 2015-ci ildə ABŞ-ın yeni prezidentinin Donald Tramp olacağını qeyd etmişdi: "Tramp dünyaya müharibə və sülh gətirəcək. Suriyaya hücum edəcək, Rusiya, Şimali Koreya və Çinlə münasibətlərini korlayacaq"./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26