Interposta.Info

TSQ-nin zərbə görüntüsü Yutubdan silindi -

Dünya
 23-02-2018, 11:02     10 474

Türkiyə Silahlı Qüvvələri Afrində terrorçulara yardım aparan maşın karvanına endirdiyi zərbənin görüntülərini Tvitter və Yutub hesablarından paylaşıb.

Axar.az xəbər verir ki, video paylaşıldıqdan bir qədər sonra Yutubdan silinib.

Məlumata görə, Yutubda videoya daxil olanların qarşısına “Bu video Yutubun zorakılıq əks etdirən və ya vizual baxımdan narahatedici məzmuna bağlı siyasətinə zidd olduğu üçün silindi” yazısı çıxıb.

Videonun TSQ-nın Yutub hesabından silinməsi Türkiyədə ictimaiyyətin kəskin narazılığına səbəb olub. Mətbuat videonun silinməsi xəbərini qalmaqal olaraq qiymətləndirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26