Interposta.Info

Ukrayna “İsgəndər”in analoqunu təqdim etdi -

Dünya
 4-01-2018, 00:36     10 474


Ukrayna ordusu ilk dəfə olaraq Qrom-2 operativ taktiki raket kompleksinin görüntülərini paylaşıb.

Axar.az xəbər verir ki, görüntülər Ukrayna milli sənaye portalının Yutub kanalında yerləşdirilib.

Qeyd edək ki, Ukrayna hərbi ekspertləri bu raketi İsgəndər-M-in rəqibi adlandırırlar. Lakin mətbuatın yaydığı məlumata görə, keçirilən sınaqlar zamanı Kiyev raketin İsgəndər-M kimi 500 kilometr məsafəyə uçuşunu təşkil edə bilməyib.

Kiyev ilk dəfə Qrom-2-nin hazırlanmasına 2003-cü ildə başlayıb. Sonradan maliyyə çatışmazlığı bu layihənin dayanmasına səbəb olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26