Erməni nazir Poroşenkonu tələyə salır:
Rəsmi Kiyev Ukrayna Milli Antikorrupsiya Bürosunda təmizliyə çalışır.
Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna açıqlamasında “Atlantik Konsul” analitik mərkəzinin eksperti Anders Aslund söyləyib.
“Təmizliyi məhz Ukrayna Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və prezident aparır. Onlar Ukrayna Milli Antikorrupsiya Bürosunun rəhbərini Vaşinqtondan Kiyevə təcili çağırdılar ki, Rada ona qarşı etimadsızlığını elan etsin. Onlar çalışırlar ki, Ukraynadakı yeganə antikorrupsiya institutundan yaxalarını qurtara bilsinlər. Hazırda vəziyyət çox çətindir. Əgər müstəqil antikorrupsiya məhkəməsi yaradılmasa, heç bir beynəlxalq institutut Ukraynaya pul verməyəcək. Büronun qapadılması isə Kiyevi bütün imkanlardan məhrum edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, son günlər Ukrayna Milli Antikorrupsiya Bürosuna qarşı təzyiqlər artıb. Bu təzyiq xüsusilə Ukrayna Daxili İşlər naziri Arsen Avakovun oğlunun həbsindən sonra daha da sərtləşib. Rəsmi Kiyev bununla büronun daxilinə öz adamlarını yerləşdirməyi planlaşdırır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26