Interposta.Info

Ukrayna mükəmməl BTR-ni təqdim etdi -

Dünya
 27-07-2017, 16:02     9 374

Ukrayna Prezidenti Pyotr Poroşenko Fantom-2 pilotsuz zirehli transportyorunu uğurla sınaqdan keçirməsi münasibəti ilə hərbiçiləri təbrik edib.

Axar.az xəbər verir ki, Ukrayna Prezidenti rəsmi Feysbuk hesabında hərbi texnikanın görüntülərini paylaşaraq onun uğurlu sınaqlar nəticəsində etibarlılığını sübut etdiyini yazıb.

“Ukrayna ordusu hər gün daha da güclənir. Fantom-2 pilotsuz zirehli transportyoru güclü və səmərəli silahdır. Ukrayna həmçinin “Stuqna-P” tank əleyhinə raket sistemi və “Korsar” səyyar raket sistemlərini də sınaqdan keçirib”, - Poroşenko bildirib.

Fantom-2 Ukrayna istehsalı RS-80 raketləri ilə təchiz olunub. Zirehli transportyorun təkmilləşmiş versiyası BƏƏ-də təşkil olunmuş “İDEX-2017” sərgisində ən yaxşı 5 eksponat sırasına daxil olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26