Türk tankını vuran raketi terrorçuya hansı ölkə verib?
Ankara Afrində türk tankını vuran silahı YPG-yə kimin verdiyini aydınlaşdırmaq üçün araşdırma aparır.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan media açıqlamasında deyib. Prezident bildirib ki, Baş Qərargah rəisi ilə danışıb:
“Bizdə artıq müəyyən məlumatlar var, ancaq nəticənin elan edilməsi üçün bəzi dəqiqləşdirmələr aparmalıyıq. Bir şey dəqiqdir ki, bu silahı YPG-yə verən ölkə məhz terrorçularla birgə hərəkət edir”.
Qeyd edək ki, ötən gün Türkiyə tankının vurulması nəticəsində 5 türk əsgəri şəhid olub. “Yeni Şəfəq” qəzeti YPG terrorçularının Afrində türk tankını “BGM-71 TOW” tank eleyhinə raket kompleksi ilə vurduğunu yazıb./axar.az
Bu kompleks ABŞ istehsalıdır.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26