Interposta.Info

Ərdoğan:

Dünya
 2-03-2017, 16:01     821

Ərdoğan:

Rusiya və Türkiyə orduları arasında hansısa insidentin baş verməməsi üçün bütün tədbirlər görülür.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Biz ümid edirik ki, belə insidentlər yaşanmayacaq. Mən Moskvaya səfərim zamanı Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizəni müzakirə edəcəyəm”, – prezident bildirib.

Qeyd edək ki, Ərdoğan martın 9-da Moskvaya səfər edəcək.

Bir müddət əvvəl Rusiya təyyarələrinin aviazərbəsi nəticəsində türk əsgərləri Suriyada həlak olmuşdu. Moskva bu hadisənin Türkiyə tərəfindən verilən səhv koordinatlar ucbatından baş verdiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26