Interposta.Info

Ərdoğan İrəvana xəbərdarlıq etdi

Dünya
 31-12-2020, 15:42     556

"Azərbaycanda Türkiyənin mövcudluğu ölkələrimiz arasındakı qardaşlığı göstərən qürur nişanəsidir”.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda olan Rusiya-Türkiyə Birgə Mərkəzində atəşkəsə nəzarət edəcək türk hərbçilərinə mesaj ünvanlayarkən bu fikirləri bildirib.

Birgə mərkəzin tezliklə fəaliyyətə keçməsini arzulayan Türkiyə Prezidenti rəsmi İrəvana xəbərdarlıq da edib:

"Atəşkəsi pozan Ermənistan qüvvələrinə tezliklə yanlış yoldan dönmələrini tövsiyə edirəm”.

Qeyd edək ki, Türkiyə Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah Rəsisi Yaşar Gülər, digər hərbi qüvvələr komandirləri və Qarabağda Rusiya-Türkiyə Birgə Mərkəzində atəşkəsə nəzarət edəcək türk hərbçiləri ilə birgə Azərbaycana səfər ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26