Interposta.Info

Ərdoğan Qarabağdakı türk əsgərlərə səsləndi: “Mən ölsəm də…”

Siyasət / Paradoks
 31-12-2020, 18:09     866

"Azərbaycanı bütün beynəlxalq platformalarda dəstəkləyirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə xitabında deyib.

O, Türkiyə ilə Azərbaycanın "Bir millət, iki dövlət” yanaşmasını, qəlblərinin bir-birinə bağlı olduğunu bildirib:

"Türk hərbçilərin Azərbaycanda varlığı ölkələrimiz arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərən bir şərəf əlamətidir. Azərbaycanla Ermənistan arasında atəşkəsin tətbiq olunmasını izləmək üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzulayıram. Atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə işə düşəcəyini ümid edirəm. Atəşkəsi pozmağa cəhd göstərən erməni qüvvələrinə bir an əvvəl bu səhv yoldan qayıtmağı tövsiyə edirəm. Keçmişi şan və şərəflə dolu olan Türkiyə ordusu bu gün üç qitədə xidmətinə davam edəcək. Mən ölsəm, şəhid olsam, türk əsgəri bütün dünyada və Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək. Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim bizim köməyimiz olsun. Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən təbrik edirəm və sizi Yeni il münasibətilə təbrik edirəm”.(Sfera.az)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26