Interposta.Info

Putin rəqibini vəzifəyə gətirir: Kreml Donbası geri verir?

Dünya
 3-02-2018, 16:39     10 429

Donbas üzrə danışıqlara Rusiya Prezidenti Vladimir Putin öz köməkçisi Vladislav Surkov əvəzinə liberal Qriqori Yavlinskini təyin etsə, bu, Qərbə mesaj olacaq.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Dmitri Oreşkinin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Moskva bununla Ukrayna məsələsində güzəştlərə hazır olduğunu, mövqeyində yumşalmalar etdiyini göstərəcək:

“Surkovun dəyişdirilməsi daha çox görüntü xarakteri daşıyacaq. Yavlinski kifayət qədər ziddiyyətli şəxsdir. O, Krımla bağlı kəskin mövqeyə sahib olsa da, Putinlə kompromisə getməyə məcburdur. Əks təqdirdə Rusiya siyasətində qalmaq mümkün deyil. Bu dəyişiklikdən Ukrayna məsələsində kəskin dəyişikliklər gözləməyə dəyməz. Söhbət sadəcə Kremlin elə də böyük olmayan güzəştlərindən gedəcək”.

Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Putinin tezliklə Donbas danışıqlarının aparılması məsələsini Vladislav Surkov əvəzinə Yabloko Partiyasının sədri Qriqori Yavlinskiyə tapşıracağı haqqında informasiya yayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26